AZ

Bank kartlarından pul ələ keçirən dəstə üzvləri məhkəmə qarşısında

Bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda və digər ağır cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxs kimi zərərçəkmişlərə təqdim ediblər və onların külli miqdarda pullarını ələ keçiriblər.

Onlar zərərçəkmişlərin vəzilərinə təqaüd və sosial sığorta düzəltməkdə, işə qəbul etməkdə və ali məktəbə tələbə qəbul etdirmək adı ilə vətəndaşların pulunu alıblar.
Həmçini dəstənin daha bir üzvü, hazırda şəxsiyyəti istintaqla araşdırılan Türkiyə vətəndaşı ilə birlikdə elektron məlumatları daşıyıcılarından məlumatlar əldə etməklə vətəndaşların pullarını ələ keçiriblər. Zərərçəkmiş şəxslərin arasında xarici ölkə vətəndaşları da var.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.

Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər.

Saxlanılanların istifadələrində olan kompüter avadanlıqlarına və məlumat daşıyıcılarına baxış zamanı çoxsaylı elektron sübutlar və digər dəlillər müəyyən edilərək götürülüb.

İttihama münasibət bildirən Cavanşir Rüstəmzadə oğurluq ittihamla özünü təqsirli bilməyib və dələduzluq ittihamı üzrə isə qismən təqsirli bilib.

Mehman Əsədov və Novruz Qulami isə özlərini ümumiyyətlə təqsirli bilməyiblər.

Seçilən
11
publika.az

1Mənbələr