AZ

Uşaq bağçalarına saxta vakansiyalar elanı verən şəxs saxlanıldı

Azərbaycanda internetdə uşaq bağçalarına saxta vakansiyalar elanı verməklə dələduzluq edən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs işə qəbul üçün xidmət haqqı və sənədlərin təsdiqlənməsi məqsədilə ilkin ödənişləri bank kartına köçürtdürüb:

"Bu əməllərlə məşğul olan 29 yaşlı şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma gedir".

Seçilən
10
10
unikal.az

10Mənbələr