AZ

Şok edici cinayət Taylandda ölüm cəzası ilə nəticələndi – ÖZƏL

Taylandda Şakrukh Karim Uddin adlı vətəndaş Almaniya əmlak agenti Peter Ralter Maku öldürmə və cəsədini parçalayıb gizlətmə cinayətinə qarışdığına görə ölüm cəzasına məhkum edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti xəbər yayıb.

62 yaşlı Almaniya vətəndaşı Peter Mak 2023-cü ilin 4 iyulunda itkin düşüb. Onun həyat yoldaşı Piriya Bünmark əmlak makleri ilə görüşdən sonra geri dönməyən ərini tapmaq üçün ilk olaraq polislərə müraciət edib. Altı gün sonra, Makın cəsədi Taylandın Çonburi əyalətində bir soyuducu kamerasında tapılıb. Cəsəd bir neçə qat yapışqan lentlə sarılmış vəziyyətdə olub.

İstintaq zamanı polis cəsədin tapıldığı avtomobilin kimyəvi maddələrlə təmizləndiyini və bu addımın sübutları gizlətmə cəhdi olduğunu üzə çıxarıb. Təhlükəsizlik kameralarının görüntülərində, soyuducunu təxminən 400 metr məsafəyə daşıyan üç şübhəli şəxs qeyd edilib.

Məlum olub ki, Peter Mak əvvəlcə oğurlanıb və sonra bank hesabından 3,35 milyon baht (pul vahidi) oğurlanıb. Cinayətkarlar daha sonra onu öldürüblər.

Məhkəmə, üç nəfəri də qəsdən qətldə və cəsədi gizlətməkdə günahkar sayıb. İki alman vətəndaşı ömürlük həbs cəzasına məhkum edilib. Şakrukh Karim Uddin isə cinayətin baş icraçısı olduğu üçün ölüm cəzasına məhkum edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
6
olaylar.az

1phrase_var_article.sources