Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 6 əmək yarmarkası təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədr müavini Hasil Abbasov Bakıda keçirilən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusundakı konfransda bildirib.
"Ümumilikdə, il ərzində Azərbaycanda 144 əmək yarmarkası keçirilib. Yarmarkalarda 2 mindən çox işəgötürən iştirak edib. Bu tədbirlər əmək bazarında tələb və təklifi görüşdürən platformadır", - deyə o qeyd edib.