AZ

Ən varlı və şanslıların üzləşdiyi faciələr - (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Bir çox insanlar pul və uğurun istənilən xəstəliyi, hətta ölümü də sağalda biləcəyini düşünür. Düzdür, kifayət qədər pulla xəstələnmək və qocalmaq pulsuz yaşamaqdan daha asandır, amma bir milyon dollarlıq sərvət belə heç nəyə zəmanət vermir.

Hafta.az bu dəfə var-dövlətinin hər hansı faciədən qoruya bilmədiyı tanınmışlardan bəziləri haqda məlumat verəcək:

Stiv Kobs

Apple-ın əfsanəvi qurucusu dünyanı dəyişdirə bildi, lakin mədəaltı vəzi xərçənginin dəhşətli diaqnozu qarşısında aciz idi. Kobs uzun müddət əməliyyatdan imtina etdi və xəstəliyin gedişatını pisləşdirən alternativ müalicə üsullarından yararlanmağa çalışdı. Sahibkar ömrünün son anlarına qədər şirkətin işində fəal iştirak edib və ölümündən cəmi bir neçə ay əvvəl baş direktor postundan gedib. Stiv Kobs 56 yaşında ailəsinin əhatəsində öldü. Lakin onun xatirəsi təkcə onu şəxsən tanıyanların deyil, həm də o vaxt və indi yaratdığı brendə heyran olanların qəlbində əbədi qalacaq.

Anders Holks Povlsen

Şri-Lankada Asos mağazasının sahibi, danimarkalı milyonçu Anders Holks Povlsen dəhşətli faciə ilə üzləşib. 2019-cu ildə onun ailəsi də 290 nəfərin ölümü ilə nəticələnən bir sıra terror aktlarının qurbanı oldu. Ölənlər arasında biznesmenin dörd övladından üçü var idi. Faciədən bir müddət əvvəl milyonçunun böyük qızı sosial şəbəkələrdə qardaşının və bacısının fotosunu yerləşdirərək üzərinə "Üç oyuncaq ayı" yazıb.

İlya Seqaloviç

Yandex-in şən və istedadlı həmtəsisçisi İlya Seqoloviç də çox erkən onkologiyanın qurbanı oldu. Sahibkar xəstəliklə qısa mübarizədən sonra 46 yaşında vəfat etdi (Seqaloviçə terminal mərhələdə mədə xərçəngi diaqnozu qoyuldu). İlya ömrünün sonuna kimi şirkətdə texnologiya direktoru vəzifəsində çalışıb.

Brüs Uils

Dəhşətli və ciddi xəstəlik Brüs Uilsə həyatının ən yaxşı çağında vurdu, lakin taleyin qarşısında hamı bərabərdir və təəssüf ki, hər kəsin sevimli aktyoru da istisna deyil. Amma qohumlarının məşhur və ağır xəstə olan ailə başçısını dəstəkləməsi hər kəsi təəccübləndirib. Heç bir pulla belə sevgi və qayğı alına bilməz.

Nataşa Ednan-Laperuza

Mərhum Nataşa Ednan-Laperuza Böyük Britaniyanın ən zəngin iş adamlarından olan “Wow Toys” şirkətinin sahibinin qızı olub. 15 yaşlı Nataşa sadə sendviçdən ölür. Bunun səbəbi küncüt idi. Qız ona allergiyası olduğunu bilirdi və həmişə əvvəlcədən onun yeməkdə olub-olmaması ilə maraqlanırdı. Menyuda göstərilirdi ki, onun seçdiyi sendviçdə küncüt yoxdur. Həkimlər gənc varisə heç bir kömək göstərə bilmirlər - ağır anafilaktik şok və ürək dayanması baş verir. Ata sevimli qızının ölümündə günahkar olanların cəzalandırılması üçün əlindən gələni edib.

Seçilən
11
hafta.az

1Mənbələr