AZ

Uşağınızın burnu uzun müddət axırsa, bunları bilməlisiniz

Əgər uşağınızın burnu uzun müddətdir axırsa, bəzi məqamları bilməlisiniz.

Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O, burun axmasının hansı səbəblərdən qaynaqlandığını açıqlayıb:

“Burun axması uzun müddətdir varsa (bir aydan çox və il ərzində çox təkrarlanan), bu zaman heç bir burun spreyinin mənası olmayacaq.
Əgər bu şikayətə görə həkim sizə uzun müddət (1-2 ay ) hormonal sprey (Risomaks, Nazoneks kimi mometazon tərkibli) təyin edirsə, bilin ki, bu doğru deyil. Uzun müddət hormonal sprey istifadəsi gələcəkdə quru rinitə səbəb olur. Selikli qişa atrofiyalaşır, nazilir, selik yarada bilmir.

Burunaxma uzun müddətlidirsə, deməli, problem burunda deyil, bütün orqanizmdədir, sadəcə burun selikli qişasında təzahür edir.
Davamlı selik ifrazı bədəndən mukozal sistem vasitəsilə nəyinsə çıxarılması cəhdidir. Bu, allergenlər, immunitetin baş edə bilmədiyi bakteriyalar, toksinlər ola bilər.
Burun axma ilə yanaşı, burunda qaşınma, asqırmalar da olursa, bu allergik rinit əlamətidir.
Mütəmadi sarı, yaşıl selik ifrazı görürürksə, bu, immunutetin öhdəsindən gələ bilmədiyi aktiv mikroblardan xəbər verir.
Burun axma ilə yanaşı, gecə xoruldamaları, burun tıxanıqlığı, “tın-tın” danışıq varsa, iltihablanmış və böyümüş adenoid ola bilər
Burun axması iltihab əlamətidir. Uzun müddətli şəffaf selik mədə-bağırsaq sisteminin selikli qişasının zədələnməsini də göstərir”.

Həkim deyib ki, səbəbindən asılı olmadan müalicəyə burundan deyil, bağırsaqdan başlamaq lazımdır:

“Qida rasionundan inək südü çıxarılmalı, qlüten və şəkər minimuma endirilməlidir. Çunki onlar bağırsaq selikli qişasını qıcıqlandırır. Şəkər kandida göbələyinin qidasıdır. Şəkər çoxaldıqca selikli qişalar iltihablanır.

Uzun müddətli burun axma olan qız uşaqlarında vaginal selik ifrazının da çoxalmasını görmək olar. Bu bir daha obu göstərir ki ,selikli qişalar ayrı yerlərdə yerləşsələr də, birdir və birinin zədələnməsi məlumat kimi o birilərə də ötürülür.

Uzunmüddətli burun axma üçün inteqrativ tibb müalicəsi İlə yanaşı, çaytikanı yağı istidadəsi də faydalıdır. Hər gecə yatmazdan əvvəl hər burun dəliyinə 2 damcı damlatmaq olar.

Uzun müddət burun axması olan uşaqlarda tez-tez burun qanamalarını da görmək olar”.

Billurə Yunus

phrase_var_article.chosen
11
1
olke.az

2phrase_var_article.sources