AZ

KİV: Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır

“Rusiya Zaporojye və Xersona hücum etməklə bağlı qərar verib”.
APA-nın məlumatına görə, bu barədə “RBC-Ukraine” naməlum mənbələrə istinadən xəbər yayıb.

Yazıda qeyd edilir ki, rəsmi Moskva hər iki istiqamətdə hərbi aktivliyi artırmaqla bağlı qərar qəbul edib. Müəllif analoji aktivliyin noyabrın sonlarında da müşahidə edildiyi, lakin bu cəhdlərin qarşısının alındığını açıqlayıb.

Onun sözlərinə görə, 4000 nəfərin iştirakı planlaşdırılan hərbi əməliyyata Rusiyanın Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Mixail Teplinski rəhbərlik edəcək.
Seçilən
7
2
sherg.az

3Mənbələr