AZ

Bu il ATİB-ə 34 şirkət üzv olub -Mürsəl Rüstəmov

Bakı. Trend:

Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) bu il 34 yeniüzv qəbul edilib.

Trend xəbərverir ki, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB)İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bu gün Bakıda keçirilənBirliyin İdarə Heyətinin İllik Ümumi Yığıncağında deyib.

Onun sözlərinə görə, bu il 15 şirkətin üzvlüyünə xitamverilib:

"Bu şirkətlər əsasən fəal iştirak etməyən və üzvlük haqqınıödəməyən şirkətlərdir. Hazırda ATİB-in üzvlərinin sayı 86şirkətdir. Hədəf 100 şirkətin cəlb edilməsi idi, amma qeyd edilənsəbəbdən buna nail olmaq mümkün olmayıb. ATİB-in növbəti hədəfi120-yə çatmaqdır".

"İki qardaş ölkənin dövlət başçılarının qarşıya qoyduğu 15milyard ticarət dövriyyəsinin formalaşması üçün ATİB-ə üzvşirkətlər də cəhd göstərməlidirlər", - deyə M.Rüstəmov qeydedib.

Qeyd edək ki, Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi(ATİB) tərəfindən “Əmək münasibətləri, əməyin mühafizəsi və insanresursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasınınəsas istiqamətlərindən biri kimi” mövzusunda konfranskeçirilir.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarəHeyəti sədrinin müavini Hasil Abbasov, Dövlət Əmək MüfəttişliyiXidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva, Milli Məclisin birneçə deputatı, eləcə də, Azərbaycan və Türkiyənin bir sıra işadamları iştirak edirlər.

Konfransın ardından ATİB İdarə Heyətinin İllik ÜmumiYığıncağının keçirilməsi nəzərdə tutulur.

Seçilən
10
1
az.trend.az

2Mənbələr