AZ

Mossad rəhbəri husilərə yox, İrana hücum etməyi məsləhət görür

Mossad (İsrailin xarici kəşfiyyat xidməti) rəhbəri David Barnea ölkənin siyasi rəhbərliyinə tövsiyə edib ki, husilərə yox, İrana zərbə endirsin, dekabrın 22-də Ynet bildirib.

Onun fikrincə, əsas aparıcı qüvvə, yəni İranla məşğul olmaq lazımdır. Bu barədə o, son günlər keçirilən müşavirələrdə bildirib.

Səudiyyə Ərəbistanının "əş-Şərk əl-Ausat" nəşri öz mənbələrinə istinadən bildirir ki, İsrail hesab edir ki, husilər müstəqil fəaliyyət göstərirlər, ancaq İranın təkcə pul və silahla məhdudlaşmayan mühüm dəstəyindən istifadə edirlər.

Nəşr hesab edir ki, Tehran husiləri raketləri istiqamətləndirmək üçün kəşfiyyat məlumatları ilə təmin edir. Bundan əlavə, "əş-Şərk əl-Ausat" güman edir ki, son bir neçə gündə İsrailə Yəməndən yüksək texnologiyalı raketlərlə hücum olub ki, bu raketləri tutmaq mümkün olmur.

Nəhayət, nəşr adı açıqlanmayan İsrail mənbələrinə istinadən bildirir ki, Qüds israrla ABŞ-ı həm husilərə, həm də İrana eyni vaxtda və miqyaslı hücum üçün birgə plan hazırlamağa razı salmağa çalışır.

İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, yəhudi dövləti yəmənli husilərlə təkbaşına savaşmır. O, vətəndaşları səbrli olmağa çağırıb. O, müvafiq bəyanatı dekabrın 22-də, Simal Hərbi Dairəsinin qərargahında hərbi-siyasi kabinetin müşavirəsindən sonra verib.

phrase_var_article.chosen
4
turan.az

1phrase_var_article.sources