AZ

Yaxın Şərq planı: ABŞ Türkiyə ilə birgə hərəkət edəcək – Açıqlama 

Türkiyə ABŞ-la Yaxın Şərq üçün danışıqlar aparacaq və ortaq planlar hazırlayacaq. Bu barədə Suriyadakı son hadisələrlə bağlı Türkiyə mətbuatında qeyd edilib.
 
 
Moderator.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, hazırda ABŞ və Türkiyə arasında Suriya məsələsində müəyyən qədər ziddiyyətlər hökm sürür:
 
 “Bayden administrasiyası bütün mümkün vasitələrlə YPG və PKK-nı silahlandırmaqda davam edir, eyni zamanda hətta onların mühafizəsi üçün tədbirlər görülür. İsrail də bir tərəfdən YPG və PKK-nı silahlandırır, digər tərəfdən isə Suriyanın strateji məntəqələrini ələ keçirərək yeni hökumətə qarşı təzyiq siyasəti kimi istifadə etməyə çalışır və  bunu açıq şəkildə nümayiş etdirir. Bu, ümumilikdə Türkiyə, ABŞ və İsrailin bölgədə qarşı - qarşıya gəlməsinə şərait yaradacaq amildir, ancaq Ankara çox ehtiyatlı şəkildə davranır. Faktiki olaraq Suriya ilə bağlı siyasət yürüdən xarici işlər naziri Hakan Fidanın Dəməşq səfəri və  verdiyi açıqlamalar göstərir ki,  hələ ki, Amerika Birləşmiş Ştatları  gözləmə mövqeyindədir”. 
 
Z.Əmrəliyev  qeyd edib  ki, ABŞ  bir aydan sonra hakimiyyətə  Donald Trampın  gəlməsini gözləyir:
 
“Çünki Trampın Türkiyə ilə bağlı, xüsusilə Türkiyənin Suriya siyasəti ilə bağlı verdiyi müsbət açıqlamalar var və Türkiyə bu məsələdə ABŞ- la razılığa gələ bilər və  Suriyada birlikdə hərəkət edə bilərlər.Təbii ki,  bütün bunlar  terror qruplaşmalarının və İsrailin bölgədən çıxarılmasına şərait yaradacaq amillərdir və İsrailin ehtiyat etdiyi məsələdə əsasən budur ki, Türkiyə və ABŞ birlikdə hərəkət edəcək. Onsuz da  İsrailin Suriyada çox da bir gücü qalmayıb. Hazırda Suriyada əsas güc məhz Türkiyənin əlindədir. Türkiyənin  istər MİT rəhbəri İbrahim Kalın, istər də  xarici işlər naziri Hakan Fidanın  Dəməşq səfəri və yerli hökumətin rəhbərliyi ilə görüşlərdə verdikləri açıqlamalar göstərir ki, Türkiyənin Suriyadakı mövqeyi çox güclüdür. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının da  yeni hakimiyyətə başlayacaq hakimiyyətinin verdiyi müsbət açıqlamalar  Suriyada bu ölkənin Türkiyə ilə birlikdə hərəkət etmək niyyətinin ifadəsidir”.
 
Siyasi şərhçinin sözlərinə görə, Tramp hakimiyyəti də   YPG və PKK qruplaşmalarından çox tez belə vaz keçə bilməz.:
 
“Hər halda Türkiyə çalışacaq ki, bölgədə bir kürd dövlətçiliyinin əsası qoyulmasın. Çünki bu, Türkiyənin özünə qarşı real təhlükədir və çalışacaq ki, PKK uzantıları olan bu kimi təşkilatlar tərksilah edilsin, Suriyada vahid bir hökumətin əsası qoyulsun. Bütün bunlar gələcəkdə ABŞ və Türkiyə arasında əsas müzakirə mövzusu olacaq. İstənilən halda İsrailin burada edə biləcəyi çox da bir şey yoxdur və İsrailin öz qoşunlarını, hətta tutduğu strateji məntəqələrdən belə geri çəkərək Suriya ərazisini birdəfəlik tərk etmək ehtimalı çox böyükdür”.
 
Mehin Mehmanqızı
 
Seçilən
16
50
moderator.az

10Mənbələr