Bakı. Trend:
Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericiliknormaları və elektron dövlət xidmətləri barədə zəruri məlumatlarınəks olunduğu icmal hazırlanaraq nəşr olunub.
Trend xəbərverir ki, icmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalqreytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarınınrəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub.
Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlımaraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədiləicmalın bəzi hissələri təqdim olunur.
Arbitraja dair qanunvericilik tənzimlənməsi
Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQnömrəli Qanunu ilə “Arbirtaj haqqında” yeni Qanun təsdiqedilmişdir.
Qanunun qəbul edilməsi ilə “Beynəlxalq arbitraj haqqında”Azərbaycan Respublikasının Qanunu ləğv edilmiş, mübahisələrinalternativ həlli mexanizmlərini sırasına beynəlxalq arbitrajlayanaşı, daxili arbitraj da aid edilmişdir.
Arbitraj - daimi arbitraj təşkilatı tərəfindənidarə edilib-edilməməsindən asılı olmayaraq arbitraj məhkəməsitərəfindən məcburi hüquqi qüvvəyə malik qərarın çıxarılmasıməqsədilə həyata keçirilən mübahisəyə baxılma prosesidir.
Arbitrajda həll oluna bilməyən işlər (Qanunun 13.2-cimaddəsində müəyyən olunmuşdur) istisna olmaqla, kommersiyamübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədəsərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına,qanuni mənafelərinə toxunmayan bütün mübahisələrarbitrajda həll edilə bilər.
Arbitraj beynəlxalq və yadaxili ola bilər. Arbitrajın beynəlxalq sayılmasıəsasları Qanunun 4-cü maddəsində tənzimlənmişdir. Qanunun 11 və12-ci maddələrinə görə daxili arbitraj daimi arbitraj təşkilatıtərəfindən idarə edilir. Beynəlxalq arbitraj isə həm daxiliarbitraj təşkilatları tərəfindən, həm də ad hoc (ad hok) qaydadaidarə oluna bilər.
Arbitraja münasibətdə nəzarət və yardımfunksiyalarını aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsi, BakıApellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsiyerinə yetirir (Qanunun 10-cu maddəsi).
Qanunun qəbulu ilə eyni gündə Mülki ProsessualMəcəllədə (https://e-qanun.az/framework/46945)də dəyişiklik edilmiş və Məcəllənin 50-ci fəsli “Xarici arbitrajməhkəmələrinin qərarlarının tanınması və icrası” adlandırılaraqyenilənmiş, habelə Məcəlləyə “Arbitraja münasibətdə yardım vənəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı işlər üzrəicraat” bölməsi əlavə edilmişdir.
Arbitrajın əsas xarakterik xüsusiyyətlərindən biri də arbitrajqərarının ləğvi, yaxud xarici arbitraj məhkəmələrinin qərarlarınıntanınması və icrası haqqında ərizə verildikdə bu ərizəyə baxarkənməhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidənbaxmaq səlahiyyətinin olmamasıdır. Yəni arbitraj məhkəməsininqərarı qətidir və yalnız Qanunun 54.1 və 56.1-ci maddələrində qeydolunan əsaslar mövcud olduqda o, tam və ya qismən ləğv edilə, yaxudonun tam və ya qismən tanınmasından və ya icra edilməsindən imtinaedilə bilər.
Mediasiyaya dair qanunvericiliktənzimlənməsi
Mediasiya ölkəmizdə mübahisələrin alternativ həll yollarındanbiridir.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 2019-cuil 29 mart tarixində qəbul edilmiş və 2021-ci il iyulun 1-dənqüvvəyə minmişdir.
Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olanmediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir,mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsiqaydalarını və mediatorların statusunu müəyyən edir.
Mediasiya – mediatorun (mediatorların)vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlırazılıq əsasında həlli ilə bağlı adıçəkilən Qanunla müəyyən olunanprosesdir (Qanunun 1.0.1-ci maddəsi).
Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi vəəməkdaşlığı, mediatorların müstəqilliyi, qərəzsizliyi və mediasiyaprosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıqprinsipləri əsasında aparılır (Qanunun 5-8-cimaddələri).
Ölkəmizdə mediasiya mülki, kommersiya, ailə, əmək və inzibatihüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə aparılır.
Məhkəmələrin (hakimlərin) müstəqilliyi
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə görəhakimlər müstəqildir, yalnız AzərbaycanRespublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərinhüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiqbaxırlar.
Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdənbilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyətqoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsiyolverilməzdir.
Bundan başqa “Məhkəmələr və hakimlər haqqında” AzərbaycanRespublikasının Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsihakimlərin müstəqilliyi təmin edilməklə, heç birməhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz,ədalətlə və qanunlara müvafiq həyata keçirilir.
Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəməaraşdırmasının nəticələrinə əsaslanmalıdır. Hakimin fəaliyyətinəkənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasınamüraciət etməlidir.
Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəməsisteminin təşkilinin, hakimlərin və məhkəmə sistemininmüstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinənamizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətininqiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi,vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlbedilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digərməsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətininözünüidarə funksiyalarını həyata keçirən orqandır.
Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələrivə elektron xidmətlər barədə İcmal sənədində (səhifə11,12,13) tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti vəBeynəlxalq Reytinqlər üzrə Komissiyasının Mübahisələrin həlli,məhkəmə sistemi və hüququn aliliyi işçi qrupuna AzərbaycanRespublikasının Ədliyyə Nazirliyi rəhbərlik edir(https://azranking.az/working-groups).