AZ

Tramp bu dəfə Avropanı təhdid etdi

ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp qalmaqallı açıqlamalar verməyə davam edir. 78 yaşlı Tramp bu dəfə Avropa Birliyini hədəf alıb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, yeni prezident Avropa ölkələrini ABŞ-dan daha çox qaz və neft almağa çağırıb. Əks təqdirdə Vaşinqtonun “qoca qitə” ölkələrinə müxtəlif tariflər tətbiq edəcəyi bildirilib.

Qeyd edək ki, ABŞ artıq Meksika, Çin və Kanadadan ölkədə idxal edilən məhsullara yüksək tarif şərtləri tətbiq etməyə başlayıb. Yanvarın 20-dən sonra sözügedən siyahıya bir çox Avropa ölkəsinin də daxil edilməsi istisna deyil.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
2
yenisabah.az

1Mənbələr