AZ

Suriyanın yeni müdafiə nazirindən kürd terrorçularına ULTİMATUM

Xəbər verdiyimiz kimi, Murhaf Əbu Kəsra Suriyanın keçid hökumətində yeni müdafiə naziri olub.

Publika.az xəbər verir ki, Əbu Həsən əl-Həmavi kimi tanınan Əbu Kəsra Əsədi devirən hərbi əməliyyatlara rəhbərlik edən “Heyəti Təhriri əl-Şam”ın (HTŞ) yüksək vəzifəli şəxslərindən biridir.

Vəzifəsinə təyin olunduqdan sonra ilk müsahibəsini verən Kəsra sözün əsl mənasında PKK/YPG/SDQ terror təşkilatına ultimatum verib:

“Biz kürd xalqı ilə SDQ arasında fərq qoyuruq. Kürd xalqı da Suriya xalqının bütün digər komponentləri kimi tam hüquqlarını alacaq. Amma heç bir parçalanma, federalizm və ya buna bənzər layihələr olmayacaq. Suriya vahid olaraq qalacaq”.

Xatırladaq ki, Suriyanın yeni administrasiyasının faktiki lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) şənbə günü silahlı qruplarla görüşündə yeni Suriyada hərbi qurumun necə formalaşacağını müzakirə edib.

Seçilən
11
publika.az

1Mənbələr