Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan “Araz-Naxçıvan”ın qış hazırlıq planı tam müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qırmızı-ağlar" məşqlərini yanvarın 5-də bərpa edəcək. Hazırlıq prosesini Bakıda keçirəcək Elmar Baxşıyevinm komandası iki yoxlama oyununda gücünü sınayacaq. Komanda əvvəlcə klubun əvəzediciləri ilə görüşdə sınayacaq. Bu oyun yanvarın 8-nə planlaşdırılıb. Üç gün sonra – yanvarın 11-də isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə üz-üzə gələcək. Oyunun başlama saatı barədə əlavə məlumat veriləcək.