Rusiya qoşunları Ukraynanın cənubunda hücum əməliyyatlarına başlamaq niyyətlərindən əl çəkmir.
Axar.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Moskva Zaporojye vilayətində və Xerson vilayətinin sağ sahilində hərbi əməliyyatları intensivləşdirməyi planlaşdırır:
“Ukrayna hərbçiləri Zaporojye vilayətində əsas hücumun Dnepr çayına paralel olan Pyatixatki bölgəsinə yönələ biləcəyini düşünürlər. Bundan əlavə, Qulyaypolye ərazisində də aktivlik mümkündür”.
Qeyd olunur ki, Xerson vilayətində ruslar artıq Dnepr çayının sağ sahilinə keçməyə cəhd ediblər. Noyabrın sonunda onların təxribat-kəşfiyyat qrupları Oleşki istiqamətindən Antonovski körpüsü yaxınlığında dəf edilib.
Mənbələrin məlumatına görə, Xersona hücum qərarı artıq verilib. Əməliyyata Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı Mixail Teplinski nəzarət edəcək. Tapşırıqları yerinə yetirmək üçün 4000-ə qədər Rusiya hücum təyyarəsinin cəlb edilməsi planlaşdırılır.