AZ

Bu il ATİB-ə 34 yeni üzv qəbul olunub

Bakı, 23 dekabr, AZƏRTAC

Bu il Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) 34 yeni üzv daxil olub. Bu isə 50 min yeni işçi deməkdir.

AZƏRTAC xəbər verir ki, bunu birliyin illik yığıncağında ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

Onun sözlərinə görə, hazırda Birliyin 86 üzvü var.

Qeyd edək ki, ATİB 2004-cü ilin aprel ayında 2002-ci ildə təsis edilmiş Türkiyə İş Adamları Dərnəyinin hüquqi varisi kimi fəaliyyətə başlayıb.

Seçilən
5
azertag.az

1Mənbələr