1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Din Xadimlərinin Forumunda "Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış" mövzusunda panel müzakirə keçirilib.
Oxu.Az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın moderatorluğu ilə keçirilən sessiyada Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov iştirak ediblər.
Sessiya zamanı diqqətə çatdırılıb ki, dövlətin əsas funksiyası dinlə əlaqədar ənənəsinin mütləqiləşdirilməsi olmalıdır. Dinlə əlaqədar anlayışların, terminlərin müasirləşdirilməsinə ehtiyac var.
Məhərrəm Əliyev