Güney Azərbaycanın Qəzvin əyalətində mövcud olan xəstəxanaların çoxunun vətəndaşlara normal xidmət göstərmək imkanı yoxdur.
Gunaz.tv
Bu barədə Qəzvin Tibb Elmləri Universitetinin rektoru Abdullah Didban məlumat verib.
O, əyalət xəstəxanalarının əksəriyyətinin 100 il əvvəl inşa edildiyini və istifadəyə yararsız olduqlarını söyləyib.
Didbanın sözlərinə görə, bununla yanaşı xəstəxanalarda həkim və tibb işçis çatışmzlığı da yaşanır.
"Yeni xəstəxanaların tikintisi və tibbi tikinti layihələrinin həyata keçirilməsinə üstünlük verilməlidir",- rektor qeyd edib.