AZ

Gürcüstan hakimiyyəti yeni seçkilərə gedəcək? - "Gürcü Arzusu"ndan cavab verildi

Gürcüstan hakimiyyəti prezident Salome Zurabişvilinin yeni seçkilərlə bağlı təklifini qəbul etməyə hazırlaşmır.

Teleqraf.com xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu" partiyasının deputatları bildirib.

Parlament üzvü Lado Bojadze deyib ki, növbəti parlament seçkilərinin tarixini elan etmək üçün dekabrın 29-na qədər gözləməyə gərək yoxdur.

"Elə bu gün bəyan edirik ki, növbəti parlament seçkiləri 2028-ci ilin oktyabrın 28-də keçiriləcək", - o söyləyib.

Deputatın fikrincə, yeni seçkilərin təyin olunması ilə bağlı tələb ölkədə daima gərginliyin olmasına xidmət edir.

Digər deputat Tornike Çeişvili deyib ki, yeni seçilmiş prezidentin andiçmə mərasimi yaxınlaşdıqca Zurabişvilinin siyasi aqoniyası güclənir.

"Təhdidə və vəziyyətin eskalasiyasına istənilən cəhd ritorikadır və uğursuzluğa məhkumdur", - parlament üzvü qeyd edib.


Müəllif: Cəmilə Babayeva
phrase_var_article.chosen
6
teleqraf.com

1phrase_var_article.sources