AZ

Əsədi həyat yoldaşı da tərk etmək üzrədir: 290 kilo qızıl və 2 milyard dollar dondurulub

 Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin boşanma tələbi dünya mediasının ən önəmli mövzusuna çevrilib. Esma Əsəd Dəməşqin süqutundan əvvəl Rusiyaya getmişdi. Həmçinin Britaniya vətəndaşı olan Esma Əsədin boşanmaq istədiyini Rusiya dövlətinə bildirdiyi məlum olub. 
 
Sherg.az xəbər verir ki, mətbuatda yayılan xəbərlərə görə, Rusiya Əsədin müxtəlif tarixlərdə qaçaq yolla Rusiyaya keçirtdiyi  270 kiloqram qızıl və 18 mənzillə bağlı ehtiyat tədbiri görüb. Bu yaxınlarda Esma Əsədin qan xərçəngi olduğu açıqlanıb. “Səhrada qızılgül” adlandırılan və ictimaiyyətlə əlaqələr fəaliyyətlərində Suriyanın müasir siması kimi önə çıxan Esma Əsədin yeni həyat seçəcəyi ehtimalı var.

Dəməşqin süqut etməsi ilə Rusiya hərbi bazasından Moskvaya qaçan Əsədi bu ölkədə çətin günlər gözləyir.

Suriyadan qaçdıqdan sonra verdiyi yazılı açıqlamada Əsəd hərbi hissələrə baxış keçirərkən Rusiya hərbi bazasına getdiyi və qarşıdurma səbəbilə oradan çıxa bilməməsi, Rusiyaya getməkdə çətinlik çəkməsi ssenarisini açıqlayıb.

Rusiyanın Suriya ilə bağlı siyasətində Əsədə hansı rolu verəcəyi məlum deyil. Rusiya Suriyadakı hərbi mövcudluğunu dayandırmayıb və qoşunlarını Latakiyaya köçürüb. Suriyanın yeni administrasiyası Rusiyanın hərbi varlığı və bazaları ilə bağlı sərt mesajlar verməyib.

Məlumdur ki, Əsəd qaçmazdan əvvəl onun həyat yoldaşı Esma Əsəd Moskvaya gedib. Orada təhsil alan oğlunun buraxılışında iştirak etmək üçün Rusiyaya getdiyi deyilən Esma Əsədin ailəsi ilə yol ayrıcına gəldiyi görünür.

1975-ci ildə Londonda anadan olan Esma Fəvvaz Əsədin üç övladı var. Londonda təhsil alan Esma Əsəd bankçılıq karyerasını davam etdirərkən Bəşər Əsədlə ailə həyatı qurub. Hafiz Əsədin ölümündən sonra Esma Əl-Əsəd 2000-ci ilin dekabrında prezident Bəşər Əsədlə evləndikdən sonra bankçılıq karyerasını tərk edərək Suriyaya köçüb. Esma Əsədin də Britaniya vətəndaşlığı var.

Londonda yaşayan suriyalı ailənin qızı Esma Əsəd burada yaxşı təhsil alıb. Esma Əsəd “Emma” adı ilə tanınırdı. Esma Əsəd Londondakı nüfuzlu King's College-də kompüter mühəndisliyi üzrə təhsil alıb və daha sonra investisiya bankiri olub.

Sünni ailəsindən olan Esma ilə ələvi olan Əsədin evliliyinin iki məzhəbin mənafeyini birləşdirmək üçün fürsət olduğu da bildirilib.

2011-ci ilin fevralında Amerikanın “Vogue” jurnalı “Səhrada gül” başlığı ilə Əsma Əsədi təriflərlə dolu məqalə dərc edib.

Məqalədə Esma Esad "arıq, uzunayaqlı, mahir sadəliyi ilə cazibədar, gənc və çox qəşəng geyinmiş" kimi təsvir edilib.
Məqaləni yazan jurnalist Juliet Joan Buck daha sonra peşman olduğunu bildirib və bunun onun karyerasına "ləkə vurduğunu" və "Vogue ilə əlaqəsini bitirdiyini" deyib.

2018-ci ildə Esma Əsədə döş xərçəngi diaqnozu qoyulub və erkən aşkarlanan şişdən müalicə olunur. Bir il sonra o, xərçəngdən azad olduğunu açıqlayıb. Suriya prezidentliyi 2024-cü ilin mayında Esma Əsədə qan xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdı.
phrase_var_article.chosen
9
sherg.az

1phrase_var_article.sources