AZ

Gənc qız bankomatı yandırdı, özü də alov aldı - hadisənin dəhşətli VİDEOsu (16+)

Rusiyanın Krasnoyarsk şəhərində gənc bir qız içi pul dolu bankomatı yandırıb.

Musavat.com xəbər verir ki, bu zaman ehtiyatsızlıqdan özü də aloblanıb və ağır yaralanıb.

Rusiya prokurorluğunun bu gün - 23 dekabrda yaydığı məlumat və video görüntülər hadisənin təfərrüatlarını ortaya çıxarıb.

Məlum olub ki, dələduzlar ikinci kurs tələbəsi olan qıza zəng edərək onun valideynlərinin guya yanlışlıqla “düşmən ölkəyə” maliyyə dəstəyi verdiklərinə onu inandırıblar. Daha sonra dələduzlar gənc qıza valideynlərini “qorumaq” üçün təlimatlar veriblər. Əvvəlcə ona polis avtomobilini yandırmaq tapşırılıb, lakin həmin ərazidə avtomobil olmadığı üçün ona bankomatı yandırmaq göstərişi verilib. Bu “təhlükəsizlik tədbirinin” valideynlərinə necə kömək edəcəyi isə izah edilməyib.

Hadisə zamanı bankomatda baş verən partlayış qızın ağır yaralanmasına səbəb olub. Hazırda onun vəziyyəti kritik olaraq qiymətləndirilir.

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr