AZ

"Beşiktaş" UEFA-ya müraciət edib

Türkiyə təmsilçilərindən “Beşiktaş”ın azarkeşləri UEFA Avropa Liqasının VII həftəsində baş tutacaq “Tvente” ilə səfər matçına buraxılmayacaq. 

Apasport.az xəbər verir ki, Niderland təmsilçisi bu barədə "ağ-qaralar"ın vitse prezidentləri Mete Vardar və Onur Göçmezə rəsmi məktub göndərib. 

Məktubda qeyd edilib ki, "Beşiktaş"ın keçmişdə Avropada oynadığı matçlarda azarkeşlərin davranışı səbəbilə "Tvente" - "Beşiktaş" qarşılaşmasında qonaqların fanatlarına yer ayrılmayıb. 

İstanbul klub məsələ ilə bağlı UEFA-ya müraciət edib. 

“Qartallar” "Tvente" ilə matçın Niderlanddan kənarda - başqa bir ölkədə keçirilməsini istəyir. 

Qeyd edək ki, "Tvente" - "Beşiktaş" matçı yanvarın 30-u saat 00:00-da baş tutacaq.

İkiqat Avropa çempionu karyerasını bitirdi - VİDEO

Volkan Demirel Şenol Güneşlə görüşməkdən imtina etdi

Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir

Ziyeş niyə "Qalatasaray"dan ayrılmaq istəyir? - Şok İddia

"Beşiktaş"dan seçki qərarı: Tarix bəlli oldu

phrase_var_article.chosen
6
1
apasport.az

2phrase_var_article.sources