AZ

Qulu Məhərrəmli Prezidentə təşəkkür etdi

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib.

Prezident İlham Əliyevin sərəncamna əsasən, təqaüd Q.Məhhərəmliyə Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təyin edilib.

Modern.az-ın məlumatına görə, Qulu Məhərrəmli dövlət başçısının sərəncamı ilə bağlı təəssüratlarını bölüşüb. O deyib:

“İnsanın əməyinə dövlət tərəfindən qiymət verilməsi onu həmişə məmnun edir. Ona görə də dövlət başçısı İlham Əliyev cənablarının mənə Prezidentin fərdi təqaüdünün verilməsi barədə sərəncamına çox sevindim. Ömrümün təxminən yarım əsrini sərf etdiyim media fəaliyyətimə, televiziyadakı az-çox xidmətlərimə, bu sahədəki elmi işlərimə verdiyi yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlığımı bildirirəm.

Həqiqi dövlətçilik dəyərlərinə bağlı bir qələm adamı kimi mən ölkə rəhbərinin indiki mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmlətmək, onu mövcud təhlükələrdən qorumaq sahəsindəki addımlarını diqqətlə izləyir və təqdir edirəm.

Fürsətdən istifadə edərək cənab Prezidenti sabahkı doğum günü münasibətilə, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və Vətənimizin çiçəklənməsi naminə göstərdiyi çoxşaxəli fəaliyyətində tükənməz enerji arzulayıram!”.
 

Qeyd edək ki, Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildə təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb.

Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adı verilib.

O, bu il 70 yaşını qeyd edir.

Seçilən
8
3
modern.az

5Mənbələr