AZ

Əsəd rejimi Suriyanı dağıdıb, sonra isə satıbmış...

Suriyanın İdlib şəhərində 13 ildir davam edən Əsəd rejimi sona çatıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, böyük dağıntı havadan görünərkən, rejim əsgərlərinin bombaladıqları evlərin dəmirini satdıqları ortaya çıxıb.
 
Hətta məhəllədəki məscidlərin bombalandığı, evlərin dəmir barmaqlıqlarının balyozla sökülərək Əsəd əsgərləri tərəfindən satıldığı, rejimdən qalan tankların isə bəzi təmirçilər tərəfindən işarə kimi istifadə edildiyi öyrənilib.

Əsəd rejimi dövründə çətinliklərə məruz qaldığını deyən İbrahim Əl Mahmud adlı sakin xarici mediaya açıqlamasında Əsədin yerli xalqa zülm etdiyini qeyd edib:
 
\"Əsəd bizə çox zülm etdi. Bu yerlər bombalananda əsgərlər əllərində balyozla gəlib dəmir barmaqlıqları çıxarıb pəncərələri çıxarıblar. Həmişə dəmiri satırdılar. İnsanlar bura qayıdacaqlar, amma bu tikintini necə edəcəklərini bilmirik. Allaha şükür, Əsəd indi getdi, xoşbəxtik\" - deyə o bildirib.
 
Mikayıl
phrase_var_article.chosen
5
azxeber.com

1phrase_var_article.sources