AZ

Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

Bakı. Trend:

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeniistilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlərhaqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncam “Naxçıvan Muxtar Respublikasınınsosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün DövlətProqramı”nın icrası ilə əlaqədar dövlət–özəl tərəfdaşlığıimkanlarından istifadə edilməklə Naxçıvan Muxtar Respublikasındaelektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisiixracının həyata keçirilməsini təmin etmək məqsədilə imzalanıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətibeynəlxalq təcrübə nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasındayeni istilik elektrik stansiyasının tikintisi üçün potensialtərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçişirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın vədigər layihə sənədlərinin hazırlanmasını və layihənin həyatakeçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları(qurumları) ilə razılaşdırılmaqla beş ay müddətində AzərbaycanRespublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təminetməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlətorqanları (qurumları) ilə birlikdə tikiləcək yeni istilik elektrikstansiyasının ötürücü şəbəkəyə qoşulması və bundan irəli gələndigər zəruri infrastrukturun təkmilləşdirilməsi üzrə işlərinmaliyyələşdirilməsi üçün tələb olunan vəsaitin layihənin həyatakeçirilməsi mərhələsinə uyğun olaraq dövlət büdcəsinin dövlətəsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə (investisiyaxərcləri) nəzərə alınmasını təmin etməli; Naxçıvan MuxtarRespublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlinümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AzərbaycanRespublikasının Energetika Nazirliyi, Azərbaycan RespublikasınınDövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və digəraidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamdanirəli gələn digər məsələləri həll etməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti NaxçıvanMuxtar Respublikasında Azərbaycan Respublikası Prezidentininsəlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla istilik elektrikstansiyasının tikilməsi üçün torpaq sahəsi ilə bağlı təkliflərinAzərbaycan Respublikasının Dövlət Neft Şirkətinə təqdim edilməsinivə bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlərgörülməsini bir ay müddətində təmin etməli;

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq SəhmdarCəmiyyəti ilə birlikdə istilik elektrik stansiyasının NaxçıvanMuxtar Respublikasının enerji sisteminə qoşulması, enerjisisteminin tənzimlənməsi və Naxçıvan Muxtar Respublikasının daxilitələbatının ödənilməsi üçün zəruri olan elektrik enerjisi ilə bağlıtəkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimetməli; bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçünzəruri tədbirlər görməlidir.

phrase_var_article.chosen
3
49
az.trend.az

10phrase_var_article.sources