AZ

MOSSAD direktoru İrana hücumla bağlı çağırış edib

MOSSAD-ın direktoru David Barnea İrana hücum edilməsi ilə bağlı çağırış edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, David Barnea Yəməndə husilərin İsrailə raketlər və pilotsuz uçuş aparatları  ilə hücum etməsinə cavab olaraq bu addımı atmağa çağırıb.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilərin İsrailə qarşı raket və PUA hücumları davam edir.

Husilərin dekabrın 21-də atdığı raket İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısını ala bilməyib və Təl-Əvivə düşüb.

Əli Hüseynov

phrase_var_article.chosen
4
bakivaxti.az

1phrase_var_article.sources