Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanmış “Araz-Naxçıvan” komandası məşqlərini yanvarın 5-də bərpa edəcək.
Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Hazırlıq prosesini Bakıda keçirəcək “qırmızı-ağlar” iki yoxlama oyununda gücünü sınayacaqlar. Baş məşqçi Elmar Baxşıyev komandanı əvvəlcə klubun əvəzediciləri ilə görüşdə sınayacaq. Bu oyun yanvarın 8-nə planlaşdırılıb. Üç gün sonra – yanvarın 11-də isə “Araz-Naxçıvan” “Bayıl Arena”da “Səbail”lə üz-üzə gələcək.
Oyunun başlama saatı barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasında 18 turdan sonra 39 xalla ikinci pillədə qərarlaşıb.