AZ

Peskov Əsədin Rusiyada hərəkətinin məhdudlaşdırılması barədə xəbərləri təkzib edib

Keçmiş Suriya lideri Bəşər Əsədin Rusiyada hərəkətinin məhdudlaşdırılması barədə məlumatlar həqiqətə uyğun deyil.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Xeyr, bu, həqiqətə uyğun deyil", - o, Türkiyə mətbuatında "Əsədin həyat yoldaşının boşanmaq və Rusiyadan getmək istədiyi, Əsədin Moskvadan çıxışının məhdudlaşdırıldığı və əmlakının dondurulduğu" barədə yayılan məlumatların həqiqətə uyğun olub-olmaması barədə sualı belə şərh edib.

Seçilən
16
1
far.az

2Mənbələr