AZ

Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib

Bakı. Trend:

Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəkli aqrar sığortamexanizmi üzrə fermerlərə zərər ödənişləri davam edir. AqrarSığorta Fondu Qobustan rayonunda müxtəlif təbiət hadisələrinəticəsində fermer təsərrüfatlarına dəymiş zərərlər üzrə sığortaödənişləri edib.

Bu barədə TrendFonda istinadən xəbər verir.

Məlumata görə, ödənişlər əsasən məhsul yığımı ərəfəsindəQobustanda müşahidə olunan güclü dolu hadisəsi nəticəsində arpa vəbuğda əkinlərinə dəyən zərərləri əhatə edib. Hadisə nəticəsindətəsərrüfatı zərər görən və məhsul itkisi ilə qarşılaşan fermerlərbildiriblər ki, aqrar sığorta ödənişi hesabına onlar təsərrüfatfəaliyyətlərini davam etdirə biləcəklər.

Bildirilib ki, Qobustanda ən böyük ödəniş Buxsar Eyyubova məxsusbuğda sahəsinə dəyən zərərə görə edilib. Ekspert rəyləri və müvafiqməlumatlar əsasında fermerin sahəsinə dəyən zərərin həcmi 21 122manat məbləğində müəyyənləşib:

"Dolu fermer Hikmət Məmmədovun buğda sahəsində məhsul itkisinəsəbəb olub, dəymiş zərərə görə Aqrar Sığorta Fondu tərəfindənfermerə 8 052 manat sığorta ödənişi edilib.

Fermer Elnur Paşayevə məxsus buğda sahəsinə dəyən zərərinməbləği 7 718 manat, arpa sahəsinə dəymiş zərər isə 6 872 manathesablanıb, nəticədə fermerə məhsul itkisinə görə ümumilikdə 14 590manat sığorta ödənişi həyata keçirilib.

Bundan başqa, fermerlər - Kamran Ağayevin arpa sahəsinə dəyənzərərə görə 6 375 manat, xanım fermer Qəmzə Həmzəyevanın arpasahəsinə dəyən zərərə görə 6 204 manat sığorta ödənişiverilib".
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ildə Qobustanda başverən təbiət hadisələri üzrə zərər ödənişləri kəskin artıb. 2023-cüildə Qobustanda 435 hektarda fırtına hadisəsi qeydə alınmış,fermerlərə 140 620 manat ödəniş edilmişdi.

2024-cü ildə isə fırtına, dolu və sel-subasmadan zərər çəkmişsığortalı sahələr 1000 hektarı keçib və fermerlərə 256 918 manatsığorta ödənişi verilib. Sığorta ödənişlərinin məbləğinin artmasıkeçən illə müqayisədə həm hadisələrin, həm də sığortadan yararlananfermer sayının artmasının nəticəsidir".

Qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında ölkə ərazisindəmüşahidə olunan qeyri-sabit hava şəraitinin aqrar sektora vurduğuzərərə görə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə ümumilikdə 5milyon manatdan çox sığorta ödənişi verilib. İlin sonuna qədərödəniş məbləğinin 6 milyon manatı keçəcəyi gözlənilir.

Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə 48 növbitkiçilik məhsulunu, eləcə də iri və xırdabuynuzlu heyvanlarısığortalamaq mümkündür. Sığorta şərtləri, tariflər barədə məlumatıFondun www.asf.gov.az rəsmi vebsaytından əldə etmək mümkündür.Fermerlər saytda bitkiçilik və heyvandarlıq kalkulyatorlarındaödəyəcəkləri sığorta haqqını özləri də hesablaya bilərlər.

Seçilən
4
1
az.trend.az

2Mənbələr