Türkiyə 1-ci Liqasının son turunda "Ankaragücü" "Çorum"la heç-heçə edib - 1:1.

Offsideplus.az xəbər verir ki, oyunda iştirak edən Renat Dadaşov matçlar bağlı fikirlərini şəxsi instaqram hesabında bölüşüb:

“Zədədən sonra yaşıl meydanlara qayıtdığım üçün xoşbəxtəm. Asan oyun olmadı, lakin komandamız böyük əziyyət hesabına bir xal xal qazandı. Azarkeşlərimizin möhtəşəm dəstəyi var idi”.

Hücumçumuz 62-ci dəqiqəsində meydana daxil olub. O, bir müddət əvvəl qasıq nahiyəsindən əməliyyat olunduğu üçün yaşıl meydanlardan kənarda qalmışdı.