AZ

Braziliyada təyyarə binaya çırpıldı: 10 ölü, ondan çox yaralı var

Braziliyanın turizm şəhərciyində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 10 sərnişin həlak olub, ondan çox adam yaralanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, təyyarə əhalinin sıx olduğu ərazidə qəzaya uğrayıb və bir çox binaya çırpılıb.
 
Qəzanın səbəbi hələ müəyyən edilməsə də, təyyarəni ailəsi ilə birlikdə səyahət edən braziliyalı iş adamı Luiz Klaudio Qaleazzi idarə etdiyi bildirilir.
 
Qaleazzinin şirkəti qəzada ölənlər arasında Qaleazzinin də olduğunu təsdiqləyib.
 
Yerdə olan 15-dən çox adam müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbi hələ aydın deyil, lakin yerli media təyyarəni ailəsi ilə birlikdə San-Paulu ştatına gedən braziliyalı iş adamı Luiz Klaudio Qaleazzinin idarə etdiyini bildirib.
  
Mikayıl
Seçilən
16
azxeber.com

1Mənbələr