AZ

Sığorta haqqı artsa da, zərərə görə ödənilən məbləğ dəyişməyib VİDEO

Avtonəqliyyat vasitələrinin icbari sığorta haqqının hesablanma qaydası dəyişilib, amma dəymiş zərərə görə ödənilən məbləğ eyni qalıb.

Xezerxeber.az-ın xəbərinə görə, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, qanunla sığorta haqqının məbləği artmayıb. Sadəcə 2022-ci ildən sığorta haqqının hesablanma qaydası dəyişib ki, bu prosesdə də müəyyən nüanslar əsas götürülür.

Ekspertin sözlərinə görə, qonşu ölkələrlə müqayisədə Azərbaycan avtomobillərin icbari sığorta haqqı ən aşağı olan ölkələrdən biridir. Mütəxəssisin fikrincə, həm sığorta haqqı, həm də dəymiş zərərə görə ödənilən sığorta məbləğinə tənzimləmə məqsədilə yenidən baxılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
7
xezerxeber.az

1Mənbələr