AZ

Avropada yeni müharibə riski: SES uğrunda... - Markov

Rusiya Xarici Kəşfiyyat Xidməti Moldova Prezidenti Maya Sandunun Dnestryanı bölgəyə qarşı hərbi əməliyyat keçirilməsini müzakirə etdiyini açıqlayıb. Mövcud gərginlik bir neçə əsas faktorla bağlıdır.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov deyib.

O, əsas səbəblərdən biri kimi yanvar ayından qaz təminatında yaranacaq böhranı göstərib:

“Yanvarın 1-dən etibarən Ukraynanın tətbiq etdiyi blokada səbəbindən Rusiyadan qaz nə Moldovaya, nə də Dnestryanı bölgəyə çatdırılacaq. Bu, həm Moldovanın, həm də Dnestryanı bölgənin enerji təminatında ciddi problemlər yaradacaq”.

Markov qeyd edib ki, Sandu Ukrayna vasitəsi ilə Dnestryanı bölgəyə zərbə ehtimalını da nəzərdən keçirib, lakin Avropa ölkələri bu fikrə müsbət yanaşmır:

“Moldova Avropadan gözlədiyi yardımı ala bilmir. Eyni zamanda, Maya Sandu Ukrayna Prezidenti Vladimir Zelenski ilə birbaşa danışıqlar aparmaqda çətinlik çəkir. Zelenski isə Moldova rəhbərliyindən Ukrayna Silahlı Qüvvələrinin Dnestryanı bölgəyə zərbə endirməsinə icazə verməsini tələb edir.

Dnestryanı bölgədə də enerji problem ola bilər. Lakin bölgədə iki su elektrik stansiyası (SES) var və bu stansiyalar qaz təminatı olmadan enerji istehsalının əsas mənbəyinə çevrilir. Zelenski tərəfindən qaz blokadası şəraitində bu SES-lər super-önəmli olur. Moldova bu stansiyalardan daha çox enerji tələb etsə də, Dnestryanı bölgə enerjinin yalnız öz ehtiyacları üçün istifadə olunmasını istəyir. Məhz bu şəraitdə Moldova, Ukrayna və Rumıniyanın Dnestryanıda 2 su elektrik stansiyasını hərbi yolla ələ keçirmək fikri yarandı”.

O, qaz böhranın aradan qaldırması üçün Sandu hökumətinin bir çıxış yolu olduğunu diqqətə çatırıb:

“Çıxış yolu Rusiya qazının “Türk axını” vasitəsilə Moldovaya ötürülməsi ola bilər. Lakin bu məsələni həll etmək üçün Moldova rəhbərliyi Rusiya, Türkiyə və digər ölkələrlə danışıqlar aparmalıdır. Maya Sandunun ya bu mövzuda təşəbbüs göstərməməsi, ya da buna qadir olmaması diplomatik çıxılmaz vəziyyət yaradıb. Mövcud şəraitdə regionda yeni hərbi münaqişə riski yaranır. Enerji böhranı və diplomatik iflic tərəflər arasında gərginliyi daha da dərinləşdirir”.

Seçilən
11
1
axar.az

6Mənbələr