Niger Silahlı Qüvvələrinin bölmələri ölkənin cənubunda terrorçuların bir neçə bazasını məhv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RTN telekanalı Nigeriya ordusunun press-relizinə istinadən məlumat yayıb.
Ordunun məlumatına görə, silahlı qüvvələrin bölmələrinin Karey-Qusu, Lamdu və Dolbel bölgələrində keçirdiyi reydlər zamanı 27 yaraqlı öldürülüb, daha 18-i əsir götürülüb, xeyli sayda silah-sursat müsadirə edilib.
Nigerin Burkina-Faso, Mali və Nigeriya ilə həmsərhəd əraziləri son illərdə ekstremist və terrorçu qrupların yüksək fəallıq göstərdiyi ərazilər olub, burada yaraqlılar həm hərbçilərə, həm təhlükəsizlik qüvvələrinə, həm də mülki şəxslərə hücum edir.