İran “dost” adı altında Ermənistan vasitəsilə Azərbaycana qarşı təxribatlarını davam etdirir.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildiyimiz kimi, İrəvandakı Göy Məscid azərbaycanlılara məxsus islam dini məbədidir. 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir.
Erməni mediası yazır ki, İrəvandakı Göy Məsciddə Yelda bayramı mərasimi keçirilib.
“Mərasimr Göy Məsciddəki fars dili məktəbinin müəllimlərinin səyi ilə İran səfiri, fars dili tələbələri və İran mədəniyyəti həvəskarlarının iştirakı ilə baş tutub.
İran səfiri Mehdi Sobhani çıxışı zamanı Ermənistanda qədim ealda ritualının keçirilməsini iki xalq arasında dərin mədəni əlaqələrin əksi kimi qiymətləndirib.
Şəb-i Yelda qış gündönümü ərəfəsində qeyd olunan qədim fars bayramıdır”, – media yazıb.
Xuraman Etibarlı
İnterpress.az