AZ

BMU-da kibertəhlükəsizlik üzrə yarış - FOTO

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr arasında kibertəhlükəsizlik üzrə CTF (Capture The Flag) yarışı keçirilib.

Bu barədə Modern.az-a BMU-dan bildirilib.

Tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, CyberIN Academy və BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə əməkdaşlığı, eləcə də dəstəyi ilə reallaşıb. Açılışda universitetin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov informasiya təhlükəsizliyi sahəsində ali təhsil ocağında yüksəkixtisaslı mütəxəssis hazırlığı məqsədilə həyata keçirilən mühüm tədbirləri qeyd edib. Müasir dövrün ən aktual problemlərindən sayılan kibertəhlükəsizliklə bağlı biliklərin artırılmasının vacibliyini söyləyən dekan bu baxımdan təşkil edilən yarışın tələbələr üçün faydalı olacağını vurğulayıb.

Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrasının müdiri Cabir Məmmədov bildirib ki, yarışın əsas məqsədi tələbələrin kibertəhlükəsizlik sahəsində nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirmək, gələcək fəaliyyətlərində rast gəlinə biləcək kibertəhlükəsizlik problemlərinin həlli üzrə səriştələr aşılamaq və analitik düşünmə qabiliyyətlərini artırmaqdır.

STF yarışı zamanı iştirakçılar Kibertəhlükəsizlik laboratoriyasının imkanlarından istifadə etməklə onlara təqdim olunmuş müxtəlif kiberhücum və müdafiə tapşırıqlarını yerinə yetirib, öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın sonunda I, II, III yerləri qazanan tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub.

1405280

14052811405282

 

1405284

Seçilən
4
2
modern.az

3Mənbələr