Yevlaxda bacısını qətlə yetirməkdə təqsirləndirilən Rasim Salmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılmaıs üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Xaliq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Rasim Salmanov bacısı 2003-cü il təvəllüdlü Başxanım Salmanovanı odlu silahla qətlə yetirməkdə təqsirləndirilir. Hadisə cari ilin fevral ayında Yevlax şəhərində baş verib. Məlumata görə, qətlə yetirilən 20 yaşlı qadın həyat yoldaşından boşanıb. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Rasim Salmanova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi il ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə