AZ

Nöqsanlara görə TƏBİB-in 131 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

2024-cü ilin on bir ayında nöqsanlar səbəbindən TƏBİB-in 131 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov dekabrın2 3-də jurnalistlər üçün keçirilən mətbuat konfrasında deyib. 
 
O bildirib ki, ötən dövr ərzində daxil olmuş şikayətlər əsasında 32 tibb müəsissəsində yoxlama keçirilib. Yoxlama nəticəsində 131 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 

"Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı yoxlanışlar da diqqətdən kənarda qalmayıb. 85 tibb müəssisəsində yerində yoxlamaların keçirilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində müəssisələrə köməklik göstərilib”, - qurum rəsmisi bildirib. 
 
Gülnar 

www.anews.az
Seçilən
0
anews.az

1Mənbələr