AZ

Almaniyalı nazir: Maqdeburqdakı hadisədən sonra daxili təhlükəsizliklə bağlı qanunlar sərtləşdirilməlidir

Berlin, 23 dekabr, AZƏRTAC

Almaniyanın daxili işlər naziri Nensi Fezer (SPD) Maqdeburq şəhərindəki Milad bazarına hücumla bağlı təhqiqatın aşkar edəcəyi motivlərdən ciddi nəticələr çıxarılacağını bildirib.

AZƏRTAC xəbər verir ki, qadın nazir bu barədə “Spiegel” qəzetinə açıqlamasında söyləyib.

Bu hadisədən sonra daxili təhlükəsizliklə bağlı daha sərt qanunların qəbul edilməsinin vacibliyini vurğulayan nazir deyib: “Biz Almaniyadakı insanları bu cür dəhşətli zorakılıq aktlarından qorumaq üçün əlimizdən gələni etməliyik. Bunun üçün təhlükəsizlik orqanlarımıza bütün lazımi səlahiyyətlərin verilməsi və daha çox kadrlar lazımdır”.

Yayda Zolingen şəhərində festival iştirakçılarına bıçaqlı hücumdan sonra silah gəzdirilməsi ilə bağlı qanunların sərtləşdirildiyini və təhlükəsizlik orqanlarının səlahiyyətlərinin artırıldığını qeyd edən N.Fezer xüsusilə Azad Demokrat Partiyanın (FDP) daha çox dəyişikliyin qəbul olunmasının qarşısını aldığını bildirib. Buna misal olaraq, federal polisin gücləndirilməsi və Birlik partiyalarının (CDU/CSU) Federal Şurada qarşısını aldığı biometrik nəzarətin tətbiqinə dair tutan qanun layihələrini xatırladan nazir bildirib: “Birlik və FDP mane olmasa, bu qanun layihələri dərhal qəbul edilə bilər”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
10
1
azertag.az

2Mənbələr