AZ

Nazirin bacanağına məxsus bankla iki şirkət arasında kredit qalmaqalı

"AFB Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Azərmakaron" və "Hirkan.com" şirkətlərini məhkəməyə verib. 

Valyuta.az xəbər verir ki, tərəflər arasında kredit müqaviləsinə dair mübahisə yaranıb. 

İddiaya Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq. Fərman Həmidli iş üzrə hakim təyin edilib.

"AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64 %-i "Gilan" MMC-yə, 0,18 %-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsus olub.

2019-cu ilin fevral ayında "Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

Hüseyn

Seçilən
14
valyuta.az

1Mənbələr