Bakı. Trend:
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıdakeçirəcək.
Premyer Liqanın 18-ci turunun “Araz-Naxçıvan”la dekabrın 22-dəbaş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər.
Ağdam təmsilçisinin hazırlıq prosesi “Azersun Arena”dakıtəlim-məşq bazasında baş tutacaq.
Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək.Komanda yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzəgələcək.