“Son illərdə yalnız Azərbaycanda deyil, dünyada ana və uşaq ölümlərinin artması müşahidə olunur. Ölkəmizdə baş verən bu halların səbəbləri tərəfimizdən araşdırılır”.
Viral.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, ana və uşaq ölümlərinin olmasında bir çox səbəblər var və bu səbəblərlə bağlı qurum da öz təkliflərini verib:
Son Yazılar:
- Dünyada ana və uşaq ölümlərinin artması müşahidə olunur
- “Qarabağ”ın qış hazırlıq planı AÇIQLANDI
- Almaniyadakı həkimlərimiz Azərbaycana qayıdır – Bölgələrdə İŞLƏYƏCƏKLƏR
“Ana ölümlərinin ötən il kəskin artmasının səbəblərindən biri Ümumdünya Səhiyyə Təşkilatı tələbinə uyğun olaraq tərəfindən metodologiyanın dəyişdirilməsi oldu. Biz buna hər ay nəzarət edirik. Ümid edirik ki, gələn il bu say az olacaq. Bu məsələdə vətəndaşların da bir az məsuliyyətli hərəkət etməsini istərdik. Ana, valideyn məsuliyyətli olmalı, vaxtında müayinələrdən keçməlidir” (oxu.az).