AZ

Bağçaya işə düzəltmək adi ilə dələduzluq edən şəxs saxlanıldı

Sosial şəbəkələrdə uşaq bağçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub.

Editor.az  xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.

Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırıldıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.

Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər.

 

 

Seçilən
28
50
editor.az

10Mənbələr