Bakı. Trend:
Azərbaycan və Serbiya birbaşa aviareyslərin açılmasıistiqamətində səyləri gücləndirir.
Trend xəbərverir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç BelqraddaAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuatkonfransında deyib.
"Xüsusilə qeyd etmək istəyirəm ki, biz turizm sektorununinkişafını müzakirə edirik. Bu istiqamətdə birbaşa uçuşlarınaçılması istiqamətində işləri gücləndiririk", - o bildirib.
Curiç qeyd edib ki, Serbiyanın enerji sahəsində iqtisadiəməkdaşlığı və qarşılıqlı fəaliyyətini inkişaf etdirmək üçünAzərbaycanla fəal işləyir, bunun sayəsində qlobal miqyasdaqeyri-sabit olan bu dövrdə Serbiyanın enerji təhlükəsizliyiəhəmiyyətli dərəcədə artıb.
"Ölkələrimiz arasındakı dostluq, digər aspektlərlə yanaşı,Prezident Aleksandr Vuçiçlə Prezident İlham Əliyev arasındakımöhtəşəm şəxsi münasibətlərə əsaslanır. Əminliklə deyə bilərəm ki,2024-cü il Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq üçünhəqiqətən də əlamətdar il oldu", - o bildirib.
Daha sonra M.Curiç ətraf mühitlə bağlı məsələlərin həllinə mühümtöhfə verən COP29 konfransının uğurlu təşkilinə görə Azərbaycanıtəbrik edib.
Nazir, Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın yaxıngələcəkdə daha da sıx və intensiv xarakter alacağına əminliyiniifadə edib.
"2025-ci ildə biz strateji dialoqu yüksək siyasi səviyyədə davametdirəcəyik və biz Belqradda Serbiya ilə Azərbaycan arasındastrateji əməkdaşlıq şurasının növbəti iclasına ev sahibliyi etməyisəbirsizliklə gözləyirik", - nazir əlavə edib.