AZ

Rusiyada 50 min illik mamont balasının cəsədi tapılıb

Oxuməni.az universitetin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şimal-Şərqi Federal Universitetinin (NEFU) Mamont Muzeyi 2024-cü ildə Yakutiyanın Verxoyansk vilayətində aşkar edilmiş körpə mamont qalıqlarını təqdim edib. Elm adamları rəsmi “Vkontakte” səhifəsində heyvanın cəsədini nümayiş etdirərək yayımlayıblar.

Alimlər tapılan mamont balasına Yana adını veriblər. NEFU qeyd edib ki, bu, dünyada qalıqları aşkar edilən yeddinci mamont körpəsidir. Radiokarbon analizinin nəticələrinə görə, mamont balasının geoloji yaşı 50 min ildir. Onun hündürlüyü 120 santimetr, uzunluğu iki metrdən azdır. Ölüm zamanı heyvanın yaşı bir ildən çox olmayıb.

Tapıntı barədə daha əvvəl Şimal-Şərqi Federal Universitetinin (NEFU) Mamont Muzeyinin rəhbəri Maksim Çeprasov məlumat verib. Onun sözlərinə görə, bu, dünyada indiyə qədər tapılan mamont cəsədinin ən yaxşı tapıntılarından biridir. Muzeyin rəhbəri qeyd edib ki, yerli sakinlər heyvanın cəsədini hələ iyun ayında tapıblar. Sonra o, NEFU-da genetik tədqiqat üçün Yakutska göndərilib.

Bundan əvvəl Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin biotəkamül kafedrasının professoru Andrey Juravlev demişdi ki, mamontlar qoxu itkisi səbəbindən nəsli kəsilmişdir, bu da allergiya ilə əlaqələndirilə bilər. Onun sözlərinə görə, bu onların müasir nəsillərinin, Hind fillərinin genomunun öyrənilməsi ilə sübut olunur.

Almaz Həsənli

phrase_var_article.chosen
16
oxumeni.az

1phrase_var_article.sources