“Sumqayıt” Futbol Klubu ilə yarımmüdafiəçi Fernando Medeyros arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Arena.az xəbər verir ki, bu barədə sözügüdən klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, “Sumqayıt” Fernando Medeyrosu bu ilin iyul ayında Albaniyanın “Eqnatiya” klubundan transfer etmişdi. 28 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2+1 illik müqavilə imzalanmışdı. Amma o, bu komandanın heyətində cəmi 7 oyuna çıxıb və 1 qolla kifayətlənib.
Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeyros karyerası ərzində “Eqnatiya”, “Audaks”, “İtuano”, “Konfiansa”, “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense” kimi klubların da şərəfini qoruyub.