AZ

Fidan Suriyada olduğu vaxt Xamenei üsyana çağırdı

İranın dini rəhbəri Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfəri fonunda Suriya xalqını üsyana çağırıb.

Axar.az xəbər verir ki, bu haqda İranın sosial şəbəkələri yazıb.

"Suriya gənclərinin itirəcək heç bir şeyi yoxdur. Onların universitetləri təhlükəsiz deyil, məktəbləri təhlükəsiz deyil, evləri təhlükəsiz deyil, küçələri təhlükəsiz deyil, həyatları təhlükəsiz deyil. Onlar nə etməlidirlər? Onlar bu təhlükəsizliyi planlaşdıranlara və həyata keçirənlərə qarşı əzmlə və qətiyyətlə mübarizə aparmalıdırlar və Allah istəsə, onlar qalib gələcəklər”, - deyə o bildirib.

Seçilən
7
3
axar.az

4Mənbələr