Mövzunun effektivliyi ilə bağlı ali təhsil üzrə ekspert Dr. Vüsal Kərimli Demokrat.az-a danışıb.
O bildirib ki, həbsdə olan şəxslərə ali təhsil yox, peşə təhsili vermək daha yaxşı olar:
"Çünki ali təhsilli olmaq hələ o demək deyil ki, həmin şəxs mütləq iş tapacaq. Dünyanın inkişaf etmiş ölkələrində önəmli olan təhsil peşə təhsilidir. Həmin ölkələrdə peşə təhsili yetərsiz olduğu halda insanlar ali təhsilə müraciət edirlər. Cəzaçəkmə müəssisələrində olan insanlara peşə təhsilinin verilməsi daha effektiv olar. Onlar birbaşa peşə sahibinə çevrilə bilərlər".
Onun sözlərinə görə, ali təhsilli həbs həyatı olan şəxsi hansısa qurumun işə götürmək məsələsini də nəzərə almaq lazımdır:
"Onlara hansı ali təhsil ixtisasında oxumaq imtiyazının verilməsini və.s hər biri üzərində düşünülməsi vacib olan məsələlərdir. Ali təhsilin verilməsinin faydası olacağını düşünmürəm. Peşə təhsili vermək gələcəkdə iş həyatında onların reabilitasiyadan keçdiklərini sübut etməkləri üçün fürsət olacaq. Daha sonra universitet təhsili, dövlət orqanlarında iş və.s haqqında düşünmək olar".
Əfsanə Kamal
Demokrat.az
1phrase_var_article.sources