AZ

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir

Bakı. Trend:

Gələn il üçün Vergi Məcəlləsində nəzərdə tutulandəyişikliklərdən biri də qiymətli daşların, qiymətli metalların vəonlardan hazırlanan məmulatların, mədəniyyət məhsullarının, habelərəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlakın alqı-satqısı üzrəödənişlərin nağd qaydada qəbul edən şəxslərə qarşı maliyyəsanksiyasının tətbiqi ilə bağlıdır.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Media vəkommunikasiya idarəsinin əməkdaşı Günel Bəhramqızı məlumatverib.

O bildirib ki, nağdsız hesablaşmalar haqqında AzərbaycanRespublikasının qanununa edilə dəyişikliyə əsasən, qeyd olunansahələrdə alqı-satqı üzrə ümumi məbləği 15 min manatdan artıq olanödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyənolunsa da, bu pozuntuya görə Vergi Məcəlləsində hər hansı birmaliyyə sanksiyası nəzərdə tutulmurdu: “Hazırki dəyişiklik isə butələbin pozulmasına görə məsuliyyət tədbirnin müəyyən edilmsəi iəbağlıdır. Beləliklə, dəyişikliyə əsasən, qiymətli daşların,qiymətli metalların və onlardan hazırlanan məmulatların, mədəniyyətməhsullarının, habelə rəsmireyestrdə qeydiyyata alınan daşınarəmlakın alqı-satqısı üzrə ödənişləri nağd qaydada qəbul edənşəxslər maliyyə sanksiyasına məruz qalacaqlar”.

“Bu qanunu pozmaqla aparılan əməliyyatlara görə təqvim iliərzində birinci dəfə belə hala yol verdikdə ümumi məbləğin 10%-i,ikinci dəfə 20%-i, üç və daha çox sayda yol verdikdə isə 40%-imiqdarında maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.Dəyişiklik sözügedən sektorda vergi nəzarəti mexanizminin effektivqurulmasına, bu sahədə şəffaflaşmanın artırılmasına, eləcə dənağdsız ödənişlərin əhatə dairəsinin genişlənməsinə xidmət edəcək”,- deyə o qeyd edib.

Seçilən
7
2
az.trend.az

3Mənbələr