Son günlərin müzakirə olunan məsələlərindən biri də tanınmış iş adamı Adnan Əhmədzadənin "Mingəçevir" klubunu himayəsinə götürəcəyi ilə bağlıdır.
Rekord.az xəbər verir ki, sözügedən şəxsin ötən gün AFFA-da keçirilən İK-nın iclasına da dəvət olunduğu deyilir.
Həmin görüşdə Əhmədzadənin sahibi olduğu ASTA (Azerbaijan Sport Talents Academy) şirkəti tərəfindən təqdim olunan layihəyə də baxılıb. Layihədə Mingəçevir stadionu ilə bağlı məsələ də öz əksini tapıb. Lakin stadionun sökülüb yenisi ilə əvəzlənəcəyi, yoxsa təmir olunacağı məsələsi hələlik dəqiqləşməyib. Sponsorluq məsələsi rəsmləşsə, o zaman şirkət stadiona baxış keçirib mövcud durumu dəyərləndirib qərar verəcək.